Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam MKS-inin Mərkəzi kitabxanasında vətənpərvərlik mövzusunda Kitab sərgisi təşkil edilmişdir

27.10.2021

 Ağcabədi Regional Mədəniyyət İdarəsi 26.10.2021-ci il tarixində Ağdam rayon MKS-inin Mərkəzi kitabxanasında vətənpərvərlik mövzusunun təbliğı ilə əlaqədar "Vətənpərvərlik mövzusu bədii ədəbiyyatda" adlı "Kitab həftəsi təşkil edilmişdir. Məqsədimiz fondumuzda olan vətənpərvərlik mövzusunda yazılmış əsərlərin oxuculara çatdırılması və təbliğ olunmasıdır. "Kitab həftəsi"nin ikinci günündə yazıçı Nuşabə Məmmədlinin yaradıcılığına muraciət etmişik.
Nüşabə Məhəmmədəli qızı Məmmədli çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələrindəndir O, yaradıcılığa hələ orta məktəbdə oxuyarkən lirik şeirlərlə başlamışdır. Nuşabə Məmmədli "Göylərdən keçən ömür” sənədli povesti, "Bu bir oyundur" hekayələr kitabı, "Vicdan dustağı", "Zəngulə" romomanları oxucular tərəfindən rəğbətlə qarşılanıb Nüşabə Məmmidlinin Qarabağın əsir qadınlarından bəhs eden "Zəngulə" romani respublikamızda və eləcə də xarici ölkllərdə müxtəlif nominasiyalarda mükafatlara layiq görülmüşdur "Zəngulə" əsərində Qarabağ müharibəsinin dəhşətləri çox inandırıcı təsvir edilmişdir. Əsər müharibə zamanı əsir düşən ata-analarımızın baba-nənələrimizin bacı-qardaşlarımızın, qız-gəlinlərimizin, balalarımızın acınacaqlı talehindən, işgəncəli hayatından bəhs edir. Əsərin baş qəhrəmanı 9 yaşlı Rəhimənin üç il əsirlikdə gördüyü dəhşətlər hər bir oxucunu sarsıdır. Erməni vəhşiliklərinin şahidi olan bu qızcığazın naləsini, fəryadını eşitməmək, duymamaq mümkün deyil. Rəhimənin eləcə də əsirlərimizin fəryadı bizdə düşmənə olan nifrəti, qisas hissini daha da alovlandırır. Anasının və vətənini sevən hər bir azərbaycanlı bu hadisələrə laqeyid yanaşmamalıdır Nüşabə Məmmədlinin "Zəngulə" əsəri xalqımızı mübarizəyə sövq edir Əziz oxucular, əsl vətənpərvər oxucu bu əsəri oxumalı və yoldaşları arasında təbliğ etməlidir.*