Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinə Zəngişalı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin ekskursiyası təşkil edildi

27.10.2021

27 oktyabr 2021-ci il tarixdə  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinə  Ağdam rayon Samir Abdinov adına Zəngişalı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin ekskursiyası təşkil edildi. Muzeyin ekskursiya rəhbərii  Bilurə Tağıyeva şagirdlərə muzeyin yaranma tarixindən ,tarixi eksponatlardan, muzəyin ən qədim eksponatı olan  e.ə. XII əsrə aid at fiquru və 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən ərazilərimizə atılan qadağan olunmuş silah sursatlar haqqında geniş məlumat verdi. Şagirdlər muzeydə xatirə şəkilləri çəkdilər və muzeyin rəy kitabına öz rəylərin yazdılar.