Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin əməkdaşları Vətən müharibəsinin şəhidi Arəstə Baxışovanın Məzarını ziyarət ediblər

25.10.2021

25 oktyabr 2021 ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin bir qrup müəllimi 44 günlük Vətən müharibəsinin şəhidi Arəstə Baxışovanın Məzarını ziyarət etmişlər.

Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın anım günündə qazi və şəhid ailələrinə hər zaman dəstək olan Kamil Zeynallı və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə 9 oktyabr tarixində şəhadətə yüksəlmiş İzzət Həmidovun anası Afət xanım,məktəbin direktoru Xətayə Cəfərova,müəllimlər- Gülnarə Əsgərova,Günay Zeynalova,Ceyran Şəfibəyova,Ziya Mehdiyev,Günel İbrahimli,Vəli Quliyev,Günay Məhəmmədova,Günel Həsənova iştirak etmişlər.Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimiz Nurlan Həsənov,Toğrul Hacıyev,Teymur Zeynalov,Nihad Rzaxanov,Samir Paşayev,Murad Məmmədli,Elvin Bayramov,Rəşad Ağayevin məzarına gül dəstələri qoyulmuş,dualar oxunmuşdur