Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilmişdir

12.10.2021

12 Oktyabr 2021-ci il tarixdə Ağdam rayon Çəmənli kənd tam orta məktəbi, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə  ekskursiya  etdi. Ekskursiya zamanı  bildirildi ki, 1992-ci ildən başlayaraq, Azarbaycanın işğal altında olan ərazilərinin tarixi, ermənilər tərəfindən maqsədli şəkildə məhv edilib, qanunsuz arxoloji qazıntılar aparılıb, qazıntı nəticəsində aşkar edilən məişət əşyaları, müxtəlif alətlər və mədəni irsimizə aid digər nümunələr mənimsənilərək, Ermənistana aparılıb. Yer adları, su hövzələrinin, çayların adları dəyişdirilərək, erməniləşdirilib. İşğal altındakı bütün ərazilərdə, kütləvi şəkildə məşhur erməni terrorçularının adlarını əbədiləşdirən monumental komplekslər quraşdırılıb. Azərbaycanlıların qovulduqları kənd, qəsəbə və şəhər xarabalıqlarında erməni kilsələri tikilib, xristianlığaqədar olan dövr və Qafqaz Albaniyasına aid xristianlıq dövrü abidələrinin adları dəyişdirilərək, erməni adları ilə əvəz olunub. Bütün bunlar Ermənistanın Azarbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlkin hesablamalara görə, işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirmiş və ölkəyə 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə, pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olublar.