Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilib

12.10.2021

12 Oktyabr 2021-ci il tarixdə Ağdam rayon Xındırstan kənd tam orta məktəbi, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə  ekskursiya  etdi. Ekskursiya zamanı Heydər Əliyev Mərkəzinin bələdçisi İbrahimov Yunis,  şagirdləri Ulu Öndər Heydər Əliyevin  sovet və müstəqillik dövrlərində Ağdam rayonunun kənd və qəsəbələrinə səfərləri və  dünya siyasətçiləri ilə  keçirdiyi görüşləri əks etdirən  fotoşəkillərlə tanış edib.

Daha sonra  şagirdlərə məlumat verildi ki, Ulu Öndər  Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda, ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında da o qədər  tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib, amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə, mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.