Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Dövlət Rəsm Qalereyasının əməkdaşları şəhid qardaşlar Nazir və Tacir Allahverdiyevlərin ailəsini ziyarət ediblər

07.10.2021

07 Oktyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Dövlət Rəsm Qalereyasının əməkdaşları, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhid qardaşlar Nazir və Tacir Allahverdiyevlərin ailəsini ziyarət ediblər. 20 il bundan əvvəl Ağdam rayonunun Çullu kəndində, Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn Nazir və Tacir qardaşlarının taleləri, həyat yolları da qoşa oldu. Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar, bir yerdə böyüdülər, orta məktəbi bir oxudular, hərbi xidmətə bir yollandılar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir yerdə döyüşdülər. Bu müqəddəs yolda eyni gündə şəhid olaraq, doğulduqları Çullu kəndində torpağa tapşırıldılar. Ağdam Dövlət Rəsm Qalereyasının əməkdaşları Çullu kəndinə gedərək, Nazir və Tacir qardaşlarının məzarlarını ziyarət edib, evlərinə baş çəkərək, ailəsi ilə həmsöhbət olub. Şəhid qardaşlar Vətən müharibəsində, Xocavənd istiqamətində döyüşərkən qəhrəmanlıqla şəhid olublar. Bu müqəddəs yolda eyni gündə şəhid olan qardaşlar, doğulduqları Çullu kəndində torpağa tapşırılıblar. Şəhid qardaşlar, ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə, "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.