Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsi Kəhrizli kənd mədəniyyət işçiləri şəhid məzarını ziyarət etdi

06.10.2021

  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Kəhrizli kəndi Həmidə xanım Məmmədquluzadənin ev muzeyinin əməkdaşları , Kəhrizli kənd C.Məmmədquluzadə adına tam orta məktəbin müəllim və şagirdləri, 6 oktyabr 2021 ci il tarixdə 44 günlük Vətən müharibəsində, şəhid olmuş,   Ağcabədi rayon Kəhrizli kəndində dəfn olunan şəhid həkim Tariyel Allahverdi oğlu Salmanovu anım günü münasibətilə ziyarət etdilər.

   Tarıyel Allahverdi oğlu Salmanov 07 fevral 1988-ci ildə Ağcabədi rayonu Kəhrizli kəndində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisasını bitirib. 2011-ci ildən 2013-cü ilin aprel ayına kimi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində hərbi xidmət keçib, tibb xidməti leytenantı rütbəsilə xidmətini başa vurub. Hərbi xidmətini başa vurduqdan sonra 2014-cü ildə həkimlərin mərkəzləşdirilmiş işə qəbul imtahanından uğurla keçərək Ağcabədi rayon mərkəzi xəstəxanasında həkim – stamotoloq kimi fəaliyyət göstərib2020-ci il sentyabr ayının 29-da SHXCDX-nin Agcabədi Rayon idarəsi tərəfindən yenidən hərbi xidmətə cəlb olundu və hərbi həkim kimi müharibəyə qatıldı. 60-dan çox yaralı əsgəri qucağında, çiynində raket zərbələrinin altından qaçıraraq təxliyə edib, həyatını qurtarıb.  Lakin öz həyatını xilas edə bilmədi. Yaxınları ondan bir neçə gün xəbər ala bilmədilər. Sonra xəbər gəldi ki, onun olduğu hərbi hissə xeyli irəliləyib içərilərə doğru. 2020-ci il oktyabrın 7-də Qubadlının işğaldan azad olunması əməliyyatlarında şəhidlik zirvəsinə ucaldığı bilindi. O bu şanlı Vətən müharibəsinin çox az sayda həkim şəhidlərindən biridir. Özündən sonra bir qız övladını vətənə, dövlətə əmanət qoyaraq gedib.

   Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı,vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncəmına əsasən Tariyel Allahverdi oğlu Salmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncəmına əsasən Tarıyel Allahverdi oğlu Salmanov ölümündən sonra “İgidliyə görə”medalı ilə təltif edildi.

 Allah şəhidimizə rəhmət eləsin!