Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Sülh Günü”nə həsr olunmuş”Dünyamızı sülhlə qoruyaq”adlı onlayn tədbir keçirilmişdir

21.09.2021

21 Sentyabr 2021-ci il tarixində, Ağdam rayon Heydər Əliyev Mərkəzi,  Ağdam rayon Mədəniyyət Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı ilə, "21- sentyabr Beynəlxalq Sülh Günü"nə həsr olunmuş  "Dünyamızı sülhlə qoruyaq" adlı onlayn görüş keçirilmişdir.

Tədbir iştirakçıları çıxış edərək bildirdilər ki, bu gün, dünyada yüz milyonlarla insan dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla  sülh istəyir, müharibələrin sona şatmasını arzulayır. Sülh - dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial - iqtisadi və mədəni inkişaf deməkdir. Lakin, çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanına çevrilməkdədirlər. Sülh, bəşəri rəmzə çevrilərək, insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 2001-ci ildə  Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən, o vaxtdan Sülh Günü əlamətdar bir hadisə kimi dünya miqyasında qeyd olunur.

Azərbaycan xalqı, tarix boyu həm qonşu, həm də digər dövlətlərlə  sülh içində yaşamaq istəsə də, təəssüf ki, bu mümkün olmamış, müxtəlif vaxtlarda silahlı münaqişələrə cəlb edilmişdir.  Bədnam qonşumuz olan ermənilərin 1988-ci ildən başlayaraq yenidən torpaqlarımıza qarşı əsassız iddialar irəli sürüb, hərbi təcavüzə keçməsi nəticəsində, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi və müharibəsi başlandı. Bunun nəticəsində, Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edildi. Dövlətimiz, uzun illər bu münaqişəni sülh yolu ilə həll etmək istəsə də, işğalçı tərəf buna razı olmadı və nəticədə 2020-ci il Sentyabr ayının 27-də başlanan Vətən müharibəsi ilə, ordumuz  otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi.

Sonda tədbir iştirakçıları, bir daha bütün dünyada sülh olmasını arzuladılar.