Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dahi Azərbaycan Bəstəkarı Üzeyir Hacıbəyova”həsr olunmuş onlayn tədbir keçirilmişdir

18.09.2021

18  Sentyabr  2021-ci il tarixində, Ağcabədi Regional Mədəniyyət İdarəsi  Ağdam Rayon Heydər Əliyev Mərkəzi  və   Ağdam Rayon Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına  həsr olunmuş  " Dahi Azərbaycan Bəstəkarı Üzeyir Hacıbəyov  " adlı onlayn görüş keçirilmişdir.  

Əvvəlcə, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, növbə ilə çıxış edən Mədəniyyət işçiləri dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun həyatı və yaradıcılığı haqda məlumatlar vermiş, onun Azərbaycanın ilk peşəkar bəstəkarı olmaqlı yanaşı, həm də şərqdə ilk operanın əsasını qoyan şəxs olmasını vurğulamışlar. Onun yazdığı "Leyli və Məcnun" operası haqda fikirlər yürüdülmüş, bəstəkarın bu operada  həm Avropa, həm də Azərbaycan musiqisini peşəkarcasına bir araya gətirməsindən danışılmışdır. Bəstəkarın klassik şairlərimizin əsərlərinə müraciət etməsinə də toxunulmuş, "Leyli və Məcnun" operasında Məhəmməd Füzulidən, "Sənsiz" romansında isə Nizami Gəncəvidən  istifadə etməsinin böyük bəstəkarın klassiklərimizə verdiyi dəyər olduğu bildirilmişdir. Tədbir iştirakçıları, çıxışlarında bu günün bayram günü kimi qeyd olunmasının  Ulu Öndər Heydər Əliyevin fərmanı ilə, 1995-ci ildən keçirilməyə başlanmasını vurğulamış, Ulu Öndərin hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də daima diqqət ayırdığını bildirmişlər.