Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136 illiyi münasibətilə rəngarəng musiqi proqramıya çıxış etmişlər

17.09.2021

17 Sentyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136 illiyi münasibətilə rəngarəng musiqi proqramıya çıxış etmişlər.

Məktəbin fəal şagirdləri, öz çıxışlarıyla dahi bəstəkarın  yaradıcılığına olan sevgilərini nümayiş etdirmişlər.

Məktəbimizin təcrübəli və qabaqcıl müəllimlərinin sayəsində, dahi Üzeyin bəyin yaradıcılıq irsi, gələcəyimiz olan şagirdlərimizin repertuarında böyük yer tutur və böyük sevgiylə aşılanır.

Üze­yir Ha­cı­bə­yov Azər­bay­can mu­si­qi­sin­də kök­lü dö­nüş ya­ra­dan da­hi bir bəs­tə­kar­dır. O, XIX-cu əs­rin əv­vəl­lə­ri­nə­dək şi­fa­hi xalq mu­si­qi sə­nə­ti şək­lin­də möv­cud olan Azər­bay­can mil­li mu­si­qi­si­ni zən­gin­ləş­di­rib və ümu­miy­yət­lə Şərq mu­si­qi­si­nin in­ki­şaf pers­pek­tiv­lə­ri­ni mü­əy­yən­ləş­di­rib. Yə­ni müa­sir Azər­bay­can el­mi mü­si­qi­şü­nas­lı­ğı­nın əsa­sı­nı qo­yub. So­vet döv­rün­də bü­tün is­ti-so­yuq­la­ra dö­zə­rək, mil­li mu­si­qi­mi­zin şə­rik­siz li­de­ri ola­raq qa­lıb, ilk bəs­tə­kar­lar və ifa­çı­lar nəs­li­ni for­ma­laş­dı­rıb.Za­man Üze­yir bə­yi əri­də, uda bil­mə­yib, onun da­yan­ma­dan bö­yü­yən, şöh­rət­lə­nən şəx­siy­yə­ti­nə eh­ti­ram gös­tər­mə­li olub. Onun "Ko­roğ­lu" ope­ra­sı və "Azər­bay­can xalq mu­si­qi­si­nin əsas­la­rı" ad­lı əsər­lə­ri Üze­yir Ha­cı­bə­yo­vun kim­li­yi­ni bir da­ha təs­diq­lə­yib. Onun dal­ba­dal SSRİ Ali So­ve­ti­nə de­pu­tat se­çil­mə­si, ali mü­ka­fat­la­ra və ti­tul­la­ra - Azər­bay­can SSR xalq ar­tis­ti, SSRİ xalq ar­tis­ti ad­la­rı­na, Sta­lin mü­ka­fa­tı­na, Le­nin və "Qır­mı­zı Əmək Bay­ra­ğı" or­den­lə­ri­nə la­yiq gö­rül­mə­si, Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sı­na se­çi­lən ilk aka­de­mik­lər­dən bi­ri ol­ma­sı, Kon­ser­va­to­ri­ya­ya rek­tor, Aka­de­mi­ya­nın İn­cə­sə­nət İns­ti­tu­tu­na di­rek­tor tə­yin olun­ma­sı, Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın səd­ri se­çil­mə­si və s. xal­qa tə­mən­na­sız xid­mət­dən do­ğan əda­lə­tin tən­tə­nə­si olub. Döv­rün ko­ri­fey mu­si­qi­çi­lə­ri D.Şos­ta­ko­viç, S.Pro­kof­yev, D.Ka­ba­levs­ki, İ.Mu­ra­de­li ona Şər­qin ən bö­yük bəs­tə­ka­rı ki­mi ba­xıb, həd­siz rəğ­bət və hör­mət gös­tə­rib­lər.