Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyinin 30-cu ilində Azərbaycan və Türkiyə əlaqələri ” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb

16.09.2021

16 Sentyabr  2021-ci iltarixində Ağdam  rayon  Heydər  Əliyev  Mərkəzində AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk  Kültür,  Dil və Tarix Yüksək  Qurumu, Atatürk Araşdırma Mərkəzi, Ağcabədi Regional Mədəniyyət idarəsi  və Ağdam  rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Müstəqilliyinin  30-cu  ilində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Beynəlxalq Simpozium iştirakçıları,  Ağdam rayonunda  Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuş və əziz xatirəsini ehtiramla yad etmişlər. Simpoziumda AMEA Tarix İnstitunun Baş Direktoru  Kərim Şükürov, Atatürk Kültür,  Dil və Tarix Yüksək Qurumu Professor doktor Muhamməd Həkimoğlu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri Professor doktor Yüksel Özgen Simpoziumda  Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib  Həsənov,Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edib. Simpoziumu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor İsa Həbibbəyli açılış nitqi ilə açmışdır. Simpozumun birinci panelində Müzəffər Ali Baş Komandan  Cənab İlham Əliyevin rəhbərliyi  və  Azərbaycanın müzəfər ordusunun  iştirakı ilə 44 gün davam edən,  Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən bəhs edilib. Tədbir zamanı  Azərbaycan-Türkiyə qardaşlığı müzakirə olunub, tarix boyu  olduğu kimi Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da qardaş ölkənin dəstəyini hiss etdiyi vurğulanib. Bundan başqa,  Azərbaycan və Türkiyə prezidentlərinin birgə imzaladığı "Şuşa bəyannaməsi"nin vacibliyi müzakirə edilmiş, Azərbaycan-Türkiyə qardaşlığının əbədi, dönməz olduğu vurğulanmışdır.Beynəlxalq Simpoziumun ikinci və üçüncü hissəsində  Azərbaycan və Türkiyə tarixiçiləri çıxış ediblər. Tədbirin sonunda Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə,  konsert proqramı təşkil edilmişdir.
Beynəlxalq Simpozium sentyabrın 16-da, işğaldan azad edilmiş Ağdam şəhərində  işini davam etdirəcək. 3 gün davam edəcək simpoziumun sonunda  iştirakçılarının azad edilmiş ərazilərə səfərləri nəzərdə tutulur.