Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində ”Təhsil millətin gələcəyidir” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

15.09.2021

15 sentyabr 2021-ci il tarixdə, Ağdam rayon Heydər Əliyev Mərkəzində  "Bilik günü" münasibətilə Ağdam rayon  İcra Hakimiyyətinin, Ağdam rayon Gənclər və İdman İdarəsinin, Ağdam rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə, sosial - izolyasiya qaydalarına uyğun olaraq "Təhsil millətin gələcəyidir" mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Dəyirmi masa  iştirakçıları Azərbaycan təhsilinin dünəni, bu günü və gələcəyi haqda fikir mübadiləsi aparmışlar. 1 ildən artıqdır davam edən pandemiyaya görə bağlanmış məktəblərin açılması da, tədbirin əsas mövzularından biri olmuşdur. Şagird və tələbələrin artıq əyani tədrisə keçmələrinin sevindirici xəbər olduğu bildirilmiş, təhsil işçiləri bu münasibətlə təbrik edilmişdir.