Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Qasımov Elvar Eldar oğlunun əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açlışı olub

15.09.2021

14 Sentyabr 2021-ci il tarixində,  Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Yusifcanlı kənd Mədəniyyət evində  şəhid Qasımov Elvar  Eldar oğlunun əziz xatirəsinə  inşa edilən  abidə-bulaq  kompleksinin  açlışı olub.

Mərasimdə  şəhid  ailələri , rayon  İcra  Hakimiyyətinin başçısı   Vaqif  Həsənov,  RİHB-nın aparatının əməkdaşları, müharibə  əlilləri,veteranlar, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

Çıxışlarda, 44 günlük  müharibə kimi  tarixə düşən  Vətən müharibəsində, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda  şəhidlik  zirvəsinə ucalan Qasımov Elvar Eldar  oğlunun qəhramanlığından danışıldı.

Qasımov Elvar Eldar oğlu 07 Fevral 1995-ci ildə  Bərdə şəhərində anadan olub.  Ağdam rayon Qasımbəyli qəsəbə  tam  orta  məktəbində  təhsil  aldığı  müddətdə  öz  tərbiyəsi  ilə,  hamıya  nümunə olmuşdur .

Ondakı vətənpərvərlik  hissi, elə  həmin  vaxt  özünü  göstərmişdir .

2012-ci ildə  həmin  məktəbin  XI-ci sinifini bitirdikdən  sonra,  2013-cü  il  aprel ayının 11 -də  həqiqi  hərbi  xidmətə çağrılıb.

2016-cı il döyüşlərindən  sonra,  oktyabr  ayının 4-dən Ağdam  rayonunda yerləşən №  saylı hərbi  hissənin  artilleriya  divizyonunun 2-ci artilleriya  batareyasının  baş  sürücü vəzifəsinə  təyin  olunur  .

Əsgər və zabitlərin, cəbhəboyu səngərlərin  ərzaq  və  yeməklə təmin  olunmasında,  müharibədən öncə  və  müharibə  vaxtı  çox  böyük  rolu  olub.

Yüksəklikləri ələ keçrib, mənfur və xəbis düşmənin nişangahına  tuş gəlmək  an məsələsi idi .

Müharibə  başlayan gündən  düşmən  yolları , xüsusilə,  hərbi maşınları nəzarətdə saxlayırdı . Qardaşlarına səngərə təminat aparan  Elvar,  05 oktyabr 2020-ci ildə, Ağdamın  Baharlı kəndi ərazisində  düşmən  tərəfindən atılan  artilleriya atəşi nəticəsində şəhid olur.

Ağdamlı qanı, Laçınlı südü ilə böyüyən şəhid Elvarın  2 yaşında  qız övladı  yadigar qaldı .

Allah rəhmət eləsin.