Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə,”Başımızı uca edən qəhrəman oğullar”adlı onlayn tədbir keçirilmişdir

14.09.2021

14 Sentyabr 2021-ci il tarixində, Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə, "Zoom" proqramı vasitəsilə,  44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilmiş "Başımızı uca edən qəhrəman oğullar" adlı tədbir keçirilmişdir.

Əvvəlcə, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən igidlərimizin əziz xatirəsi, bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, mədəniyyət işçiləri növbə ilə çıxış edərək bildirdilər ki, insanlara bəxş edilən ən müqəddəs duyğulardan biri, onun Allahına, dininə, vətəninə, millətinə, haqqa və ədalətə olan sonsuz sevgisidir. O sevgi ki, insanları bu dəyərləri uğrunda ölməkdən belə çəkindirmir. Məhz bu hisslər və dəyərlərə olan münasibətlə Allah, insanları sınağa çəkir, onun sadiqliyini, onun yaradana olan şükrünü imtahan edir. Nə xoşbəxtdir o insanlar ki, Allahın imtahanından layiqincə çıxır və Ona nə qədər sadiq bir bəndə olduğunu sübut edir, öz ölümü bahasına belə olsa. Əslində, bu amallar uğrunda ölmək, ölümlərin ən şərəflisidir və bu ölüm, yaşamaqdan min qat faydalı, insanlara haqq - ədalət uğrunda mübarizənin nə qədər şərəfli olduğunu anladır. Allah və dini yolunda, vətən və milləti uğrunda canı, malı, namus və şərəfi ilə ölənlərə "Şəhid"  deyilir. Şəhidlərimiz başımızın tacıdırlar. Azərbaycan xalqı da, əsrlər boyu yadelli işğalçılara qarşı döyüşmüş, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün saysız şəhid vermişdir. 30 ilə yaxındır işğal altında qalan torpaqlarımızın cəmi 44 gün ərzində işğaldan azad edilməsi əsl qəhrəmanlıq salnaməsi, yüzillər, minillər keçsə belə yaddaşlardan silinməyəcək tarixi hadisədir. Şəhidlərimiz daima ürəyimizdə yaşayacaq, sevgi ilə xatırlanacaq. Allah, bütün şəhidlərimizə rəhmət etsin.