Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ”Vətən üçün gəlmişdim mən bu dünyaya” adlı onlayn görüş keçirilmişdir

07.09.2021

07 Avqust 2021- ci il tarixində,  Ağcabədi Regional Mədəniyyət İdarəsi  Ağdam rayon Heydər Əliyev Mərkəzi  və   Ağdam rayon Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə, Azərbaycanın  ərazi bütövlüyü uğrunda adlarını qızıl hərflərlə yazmış Qarabağ müharibəsi şəhidlərinin  əziz xatirəsinə həsr olunmuş  "Vətən üçün gəlmişdim mən bu dünyaya" adlı onlayn görüş keçirilmişdir. Tədbirdə Ağdam rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət evləri və Klub əməkdaşları iştirak etmişdir. İlk öncə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi yad edildi. Daha sonra,  Ağdam rayon şəhid Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin müdiri Fikrət Əliyev çıxış edərək bildirdi ki, şəhidlik uca zirvədir. Şəhidlik, elə bir uca zirvədir ki, ana vətən uğrunda canını qurban verib, bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasalar belə, hər zaman qəlblərdə yaşayırlar. Onlar,  uca bir mərtəbəyə yüksəlməklə, bu yurdun həmişə vətənpərvər, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan igid, cəsur oğullar yetişdirdiyini hər kəsə nümayiş etdirirlər. Şəhidliyin uca bir zirvə olmaqla bərabər, həm də, bir məktəb olduğunu bizlərə göstərirlər. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik.  Hər dəfə şəhid məzarlarını ziyarət edərkən, şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də, qürurverici bir məqam olduğunu dərk edirik. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanların döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə, hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə, ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Daha sonra çıxış üçün söz, Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Yunis İbrahimova verildi. Yunis İbrahimov bildirdi ki , vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi, ölkəmizdə hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı, həmişə yüksək səviyyədədir. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev Cənablarının,  fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Rayonlarda  yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün, ölkəmizə  ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Tədbirdə Mədəniyyət işçiləri çıxışlar etmişdirlər.