Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edildi

24.11.2021

24 noyabr 2021 –ci il tarixdə Ağcabədi rayonu Ş.Hüseynov adına 2 nömrəli tam orta məktəbin  V-VIII ci sinif şagirdləri Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyada olublar. Şagirdlərə muzeyin bələdçisi Səlminaz Rəhimova tərəfindən  qorunan və ekspozisiyada nümayiş etdirilən eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat verilib. Onlar 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan xatirə guşəsi tanış olublar.Yeni yaradılmış güşədə muzeyə hədiyyə edilmiş  rayon şəhidlərinə məxsus şəxsi əşyalarla tanış olublar.Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında zəngin eksponatların nümayiş olunduğu Tarix Diyarşünaslıq Muzeyi ilə tanışlıq şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.Sonda şagirdlərlə xatirə şəkili çəkilib.

 

158.3 KB

 

158 KB

 

125.5 KB

 

103.5 KB

 

171.9 KB

 

80.9 KB

 

139.9 KB

 

103.9 KB

 

110.7 KB