Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ”Azad Ağdamımız”adlı onlayn tədbir keçirilmişdir

19.11.2021

19 noyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Şabran rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Azad Ağdamımız"adlı onlayn tədbir keçirilmişdir.Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə Ağdam rayon 148 saylı köçkün tam orta məktəbin Direktoru Rəşad Kərimov,Şabran Rayon Heydər Əliyev Mərkəzinin Drektoru Təvəkgül Əliyev, Ağdam rayon Heydər Əliyev Mərkəzinin Əməkdaşları Elçin Cəfərov,Bəhruz Hacıyev, Yunis İbrahimov, elektron kitabxananın əməkdaşı Gülnar Həsənova, Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev, Çəmənli kənd mədəniyyət evinin müdiri Şəfəq Şirinova,Üçoğlan kənd Mədəniyyət evinin müdiri Sevda Cəfərova və digər əməkdaşlar çıxış edərək bildirdilər ki, 30 ilə yaxın işğal altında olan digər rayonlar kimi Ağdam rayonu da işğaldan azad olunması Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, Müzəffər ordumuzun və xalqımızın yumruk tək birləşməsi sayəsində 44 gün ərzində torpaqlarımızı düşməndən azad edərək Azərbaycanın üç rəngli müqəddəs bayrağını işğaldan azad edilmiş ərazilərimizdə dalğalandırdılar.Ölkəmizin ərazisinin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş vətəndaşlarımıza Allah rəhmət eləsin qazilərimizə cansağlığı versin.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır !

 

 

 

147.4 KB

 

124.8 KB

 

156.3 KB