Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan İstiqlal Muzeyində Laçın Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Laçın qartalları” adlı tədbir – sərgi keçirilib

19.11.2021

19 noyabr 2021-ci il tarixdə Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Laçın qartalları” adlı tədbir – sərgi keçirilib.Tədbirdə 44 günlük Vətən müharibəsində torpaqların azad olunmasında şücaət nümayiş etdirən Vətənə olan sevgiləri ilə qəhrəmancasına döyüşərək xalqı 30 ilə yaxın həsrətində olduğu torpaqlara qovuşduran güclü Azərbaycan Ordusundan, hərbçilərindən bəhs olunub. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan  Cənab Prezident İlham Əliyevin “Dəmir yumruğ”unun ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu. Bildirilib ki, Laçından olan, amma heç Laçına ayaq basmayan Vətən oğulları öz qanları bahasına Vətən torpaqlarının işğaldan azad olunmasında qəhrəmancasına iştirak ediblər. Daha sonra tədbir iştirakçıları kiçik gizir Xosrovzadə İlkin, XTQ kəşfiyyatçısı Fərid İlyasov, əsgər Yaqubzadə Yaqub, Əhmədov Mansur, Cabbarov Şahgündüz, Cabbarov Elnur, Tural Həsənova həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub. Tədbirdə şəhid ailələri, qazilər, Laçın Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və digər qonaqlar iştirak edib. Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabrın 25-dək davam edəcək.

 

 

98.3 KB

 

249.6 KB

 

116.9 KB

 

210.3 KB

 

190.4 KB

 

173.7 KB

 

157.8 KB

 

208.2 KB

 

217.9 KB

 

105.9 KB

 

128.7 KB

 

121.8 KB

 

125.8 KB