Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzi tərəfindən açıq dərs təşkil edilmişdir

27.10.2021

27 oktyabr 2021-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər planına əsasən, Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində, təhsil müəssisələrində işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası, təbiəti  və tarixi-mədəni abidələri haqqında  layihə və tədbirlərin həyata keçirilməsi çərçivəsində Mərkəzin Fond mühafizi Elçin Cəfərov, Ağdam rayon Evoğlu kənd tam  orta məktəbin şagirdlərinə “Qarabağ Azərbaycandır!”  başlıqlı mühazirə ilə çıxış etmişdir. Mövzu ilə əlaqədar olaraq,  şagirdlərə 44 günlük Vətən müharibəsində əldə etiyimiz qələbədən,  azad olunmuş torpaqlarımızın tarixi və coğrafiyası, təbiəti və mədəni abidələri haqqında  geniş məlumat verilmişdir. Dərs zamanı şagirdlər fəal iştirak edərək, sualları cavablandırılmışdır.