Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Həsənov Qalib Şamil oğlu

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Rəis

Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edildi. Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Universitetini “Beynəlxalq iqtisadi əlaqələr” üzrə bakalavr, 1999-cu ildə isə “Beynəlxalq iqtisadi munasibətlər” üzrə magistr pilləsini bitirib. 1997-ci ildə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən İslamabad şəhərində təşkil edilmiş “Diplomatik kurs”da, 1998-ci ildə Koreya İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş “Bazar iqtisadiyyati, Koreyanın inkışaf təcrübəsi”, 1999-cu ildə Oksford və Birminqam universitetlərinin Budapeşt şəhərində birgə təşkil etdiyi “Ticarət Diplomatiyası” kursunda iştirak etmişdir. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlamışdır. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışmışdır. Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir. İngilis, türk, rus dillərini bilir. Ailəlidir, 3 övladı var.

Telefon: 0212755154

Faks: 0212755154

Qəbul günləri: Həftəninin I-ci günləri saat 10:00-13:00 14:00-16:00