Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdam Qaradağlı mədəniyyət evinin əməkdaşları orta məktəbdə Kəlbəcərin işğaldan azad olunması gününə həsr olunmuş tədbir keçirtdi

26.11.2021

25 Noyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evinin, Ağdam rayon  MKS-NİN 5 saylı Qaradağlı kənd kitabxanasının və Qaradağlı kənd tam orta məktəbinin   birgə təşkilatçılığı ilə, 25 Noyabr  Kəlbəcərin  işğaldan azad olunması gününə həsr olunmuş tədbir  keçirildi. İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra  Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra  Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva bildirdi ki, 10 noyabr  2020-ci il tarixdə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd  edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 25 noyabr 2020-ci ildə  erməni silahlı birləşmələri  Kəlbəcər rayonunu tərk etdilər. 25 noyabr 2020-ci ildə  Müzəffər  Azərbaycan Ordusu  Kəlbəcə daxil oldu və rayonun təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Kəlbəcər  şəhərinin mərkəzində  Azərbaycanın Dövlət Bayrağı  ucaldıldı və Dövlət Himni səsləndirildi.