Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Laçın

Laçın rayon Təhsil şöbəsi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində fəaliyyət göstərir. Şöbənin müdiri Vəliyev Malik Kamran oğludur. (əlaqə telefonu: 021-277-82-20) Şöbənin tabeliyində 4 uşaq bağçası, 5 məktəbdənkənar təhsil müəssisəsi (Uşaq Gənclər İdman Məktəbi, Uşaq Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ), 123 ümumtəhsil məktəb vardır. Ümumtəhsil məktəblərinin 84-ü tam orta, 34-ü ümumi orta, 5-i isə ibtidai olmaqla 9994 nəfər şagird kontingentini özündə cəmləşdirir. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 2539 müəllim məşğul olur. Bu məktəblərdən 53-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində, 34-ü Ağcabədi, 15-i Bərdə, 21-i respublikanın digər rayonları ərazisində fəaliyyət göstərir.
2011/2012-ci tədris ilində Pircahan kənd tam orta məktəbinin məzunu Salahov Ülvi Mirsaleh oğlu məktəbi əla qiymətlərlə bitirərək qızıl medala layiq görülmüşdür.
2011/2012-ci tədris ilində 175 nəfər ali məktəbə qəbul olmuşdur ki, bunlardan da 27 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayaraq Republikanın nüfuzlu ali məktəblərinə qəbul olmuşlar. Bunlardan 28 nömrəli tam orta məktəbin məzunu Hətəmova Tərgül Arzuman qızı 695 bal və 18 nömrəli tam orta məktəbin məzunu Muradov Kamran Fuad oğlu 675 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşlər.
Rayonun 127 saylı Texniki Peşə Məktəbi isə Bərdə rayonunda fəaliyyət göstərir. Məktəbdə 9 qrup üzrə 175 nəfər şagirdin təlim-tərbiyəsi ilə 37 nəfər işçi məşğul olur. Məktəbin direktoru İsayev Asif Qulu oğludur.