Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

Ağcabədi rayon Heydər Əliyev prospekti 217 ünvanında yerləşən Heydər Əliyev Mərkəzinin təməli 15 iyun 2006-cı il tarixdə qoyulmuşdur. 01 fevral 2007-ci ildə istifadəyə verilmişdir. 17 yanvar 2008-ci ildə Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın Ağcabədiyə səfəri zamanı muzeyin rəsmi açılışı olmuşdur. 2007-ci ildən 2012-ci ilin fevral ayına qədər Heydər Əliyev Muzeyi kimi fəaliyyət göstərmişdir. Heydər Əliyev Muzeylərinin fəaliyyətlərinin genişləndirilməsi ilə əlaqədar olaraq 01 fevral 2012-ci il tarixdən etibarən Muzey Heydər Əliyev Mərkəzi adlandırılmışdır.       Mərkəzin sahəsi 807m2, həyətyanı sahəsi isə 880 m2-dir. Mərkəz 3 mərtəbədən ibarətdir. Mərkəzin birinci və ikinci mərtəbəsində mövcud olan otaqların sayı 12–dir. Üçüncü mərtəbədə isə sahəsi 269 m2 olan 2 ekspozisiya zalı vardır. Ekspozisiya zalında fotoşəkillər 8 lövhədə cəmləşdirilmişdir. Bu lövhələrin hər biri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini - uşaqlıq və gənclik, Azərbaycana rəhbərlik etdiyi I dövr, fəaliyyətinin Moskva dövrü, Naxçıvanda işlədiyi illər, prezidentlik fəaliyyətinin birinci və ikinci dövrü, Sovet hakimiyyəti illərində Ağcabədiyə səfərləri və Azərbaycan müstəqillik əldə etdikdən sonra Ağcabədi rayonuna gəlişini əks etdirir.        Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərin asudə vaxtının səmərəli və maraqlı keçirilməsi üçün Həvəskar aktyorluq və bədii qiraət dərnəyi, Rəsm dərnəyi, Rəqs dərnəyi,  Tikiş dərnəyi, Toxuculuq dərnəyi, Maraqlar üzrə əl işləri dərnəyi və Xalçaçılıq dərnəyi fəaliyyət göstərir. 2008-ci ildən etibarən isə Mərkəzdə “Heydər Əliyev siyasi kursu” fəaliyyət göstərir. “Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupu” ilə birgə “Gənc Heydərçilər qrupu” yaradılmışdır ki, bu da məktəblərdə Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə daha geniş imkanlar yaradır. 2015-ci ilin noyabr ayından etibarən Mərkəzin “haydaraliyevcenter.wordpress.com”  adlı internet səhifəsi fəaliyyətə başlamışdır ki, burada Mərkəzin gündəlik fəaliyyəti, mərkəz haqqında məlumatlar, mühazirələr və digər məlumatlarla yanaşı mərkəzin bütün eksponatlarının siyahısı yer almışdır. Həmçinin, sosial şəbəkələrdə  də (http://fb.com/HeydarAliyevCenter.Agcabedi, http://twitter.com/aliyev_center, http://instagram.com/agcabedi_hem) Mərkəzin fəaliyyəti haqqında məlumatlar mütəmadi olaraq paylaşılır. Bununla yanaşı,  Ağcabədi rayon Heydər Əliyev Mərkəzi adlı “youtube kanalı” və mərkəzin loqosu da yaradılmışdır.     Mərkəzdə hal - hazırda 645 ədəd eksponat vardır. Eksponatlar aktlaşdırılmış, elmi təsvir vərəqələri yazılmış, daxilolma kitabına qeyd edilmişdir. Heydər Əliyev Mərkəzinin əsas fondunda Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, qəzet və jurnallar və rəsmi sənədlər yer almışdır. Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 5 nəfər işçi çalışır ki, bunlardan 4 nəfəri ali, 1 nəfəri isə ümumorta təhsillidir.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru:                Ağayeva Məhsəti Musa qızı 

Ünvan:
Ağcabədi şəhər Heydər Əliyev prospekti 217
Telefon:

(02127) 5-51-16

(02127) 5-51-17

(02127) 5-51-18

Fax:

Yoxdur

E-mail:

heydaraliyev.agcabedi@gmail.com

Url:
https://haydaraliyevcenter.wordpress.com

 

346.3 KB

 

401.1 KB