Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Laçın rayon Dövlət Rəsm Qalereyası

Laçın Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 387 №li 17.10.1990-cı il tarixli əmrinə əsasən yaradılmışdır və qalereyanın 7 işçisi var. Laçın Dövlət Rəsm Qalereyası Bakı şəhəri, Nərmanov rayon Bakı şəhər 2 saylı Peşə məktəbinin binasında 50 km  sahəsi olan bir otaqda fəaliyyət göstərir. Qalereyanın nəzdində 13 nəfərdən ibarət rəsm dərnəyi fəaliyyət göstərməkdədir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda 101 ədəd əsər var. Bunlardan 10 ədədi tətbiqi-incəsənət əsərləridir, 14 ədədi kətan üzərində yağlı boya ilə işlənmiş əsərlərdir və digərləri müxtəlif texnikalarla işlənmiş əsərlərdi. Bundan başqa, qalereyanın fondunda 4 ədəd stend və “Uşaq aləmi” adlı bölmədə isə istedadlı uşaqların kağız üzərində rəngli karandaşlarla və flamasterlə  çəkilmiş şəkilləri yer alır.

Ünvan:
Bakı şəhəri, Nərimanov rayonu, Akademik Əhməd Rəcəbli küçəsi-5 “B”. Əliş Quliyev adına 2 nömrəli Bakı Peşə Məktəbi
E-mail:

lacin_83@mail.ru

 

185.3 KB

 

177.7 KB

 

103 KB