Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Ağdam rayon Cabbar Qaryağdı oğlu adına 1 saylı Uşaq Musiqi Məktəbi

Məktəb  1947-ci ildə əmək  fəaliyyətinə  başlayıb. Erməni  qəsbkarlarının təcavüzü nəticəsindən  sonra, yəni  1993-cü ilin  iyulun 23 nə qədər  Ağdam da, 1994-cü ilin yanvar ayından isə  Bakı şəhəri  Binəqədi rayonu  Dərnəgül  qəsəbəsində  əmək  fəaliyyətini  davam  etdirir. Hal-hazırda yəni 2017-ci il sentyabr ayının 15-də  Masazır qəsəbəsində  yerləşən  qaçqın  şəhərciyindəki  Zəngilan  33 saylı orta məktəbin  nəzdində fəaliyyət göstəririk.  Məktəbdə  fortepiano, skripka,  tar,kamança, qarmon, nağara, səs  şöbələri  var.Şöbələr  üzrə  271 şagirdin təhsili  ilə 64 müəllim məşqul olur. Bu illər ərzində  məktəbin  yüzlərlə  məzunu  olub. Məzunların  əksəriyyəti  Respublikanın  İncəsənət  aləminə  öz  tövhələrini  verib. Məktəni  bitirmiş  görkəmli  şəxslərdən: Xalq  artisti  tarzənMilli  Konservatoriyanın  Professoru  Ramiz Quliyev, Əməkdar  İncəsənət  Xadimi  Milli Konservatoriyanın  Professoru  Oqtay  Quliyev, Konservatoriyanın  Professoru  Sənətşünaslıq  Elmlər Namizədi Vaqif Əbdülqasımov, Konservatoriyanın  müəllimi  Sənətşünaslıq  Elmlər  Namizədi  Fikrət  Əbdülqasımov, Əməkdar  Mədəniyyət  içşiləri: Rafiq  Rüstəmov, Fərhad  Paşayev, Əməkdar  artist  Rafiq Hüseynov (Rəmiş) Əməkdar  müəllim Yusif  Vəliyev, Pedaqoji  Universitetin  Baş  müəllimi  Adil  Vəliyev,Ağdam  Musiqi  Kollecinin Direktoru “Tərəqqi “ medalı  Laura  Ağayeva, İki  hissədən  ibarət “Azərbaycan Muğam  Rəngləri” məcmuəsinin  müəllifi  Aydın  Mehralıyev  və  s...

 Qaçqınlıq dövrü  ərzində də  bu ənənələri  davam  etdirmişik. Məzunlarımızdan:Bəstəkar müğənni  Tural  Zeynalov, Tacir Allahverdiyev, Azəri  qızı  Günel, “Azər Star” telemüsabiqənin  diplomatı Ayaz Qasımov, “Yeni Ulduz” telemüsabiqənin  diplomatları Aygül və Kəmalə  Səfərovalar, Səbuhi Göyüşov     və s...2004-cü ildə məktəbimiz Uşaq və İncəsənət  Məktəbləri  Xor Kollektivlərinin  Respublika Müsabiqəsində  müvəffəqiyyətlə  çıxışına  görə fəxri  fərmanla  təltif  edilib. 2008-ci ildə Fortepiano şöbəsinin şagirdi Quluzadə Mətin “Gənc Musiqiçilər təhli l və  ifa edir” Elmi İfaçılıq  müsabiqəsində fərqləndiyinə  görə diploma layiq  görülüb,  eyni zamanda, 2010-cu ildə Uşaq Musiqi məktəbi şagirdlərinin  Respublika üzrə  keçirilən  fortepiano  müsabiqəsində iştirak etmiş  və fəxri  fərmanla    təltif edilmişdir. Məktəbdə  Xalq çalğı alətləri orkestri  fəaliyyət  göstərir. Orkestrin 3 nəfər  üzvü  müsabiqə  yolu ilə  Respublika Uşaq Musiqi  məktəbləri  şagirdlərindən  ibarət  Xalq  çalğı alətləri orkestrinə  qəbul  edilmişlər. 2010-cu ildə Uşaq  Musiqi  Məktəbləri  şagirdlərinin  xanəndəlik  üzrə keçirilən muğam  müsabiqəsində  şagirdimiz  Şükürov  Mirpaşa  iştirak etmiş  və yüksək  səviyyədə  çıxışı  1-ci dərəcəli  diplomla  qiymətləndirilmişdir. Həmin  ildə yüksək  səviyyədə şagird hazırlığına görə məktəb “Fəxri  fərmanla”  təltif  edilmişdir. 2010-cu ildə  Respublika  Müstəqilliyinin 20 illiyi münasibəti ilə məktəbimizin  şagirdi  Şükürov  Mirpaşa  Mehriban  xanım  Əliyevanın  rəhbərliyi  ilə Parisdə, Moskvada,  Almaniyada,  İtaliyada, Vatikanda, Rusiyada  eləcə  də  Respublikamızın  şəhər  və  rayonlarında  keçirilən  tədbirlərdə  məktəbimizi  təmsil  etmişdir. 2012-2013-cü tədris  ilində H.Əliyevin anadan  olmasının  90 illiyinə həsr  olunmuş  ümumtəhsil  və  orta  ixtisas musiqi məktəblərinin  şagird və  tələbələri  arasında “Gənc  İfaçıların” 2-ci  Respublika  müsabiqəsində  Abbasov  Sübhan,  Q.Qarayevin  anadan olmasının 95 ilinə həsr olunmuş “Təhlil  və ifa edir  gənc  musiqiçilər” 2-ci Respublika  Elmi  İfaçılıq müsabiqəsində  Abbasov  Sübhan, Şükürov  Kamal, Sarıyev  İftixar diplomat adına layiq görülüblər, eyni  zamanda  Zeynalova  Şükufə  və Nəzərli  Mövsüm müşayət üzrə müsabiqənin “tərifnaməsini”  alıblar. Həmin tədris ilində  Xalq çalğı alətləri üzrə  keçirilən  4-cü  Respublika müsabiqəsində  Şükürov Kamal tar ixtisası üzrə 1-ci  yer  tutmuş və 1-ci dərəcəli  diploma  layiq görülmüşdür, həmçinin  Xan Şuşinski  adına keçirilən  Respublika  müsabiqəsində  Vəliyeva  Rəvanə  və Səlimli  Asunda  Fəxri  fərmanla  təltif  olunublar. 2013-2014  cü  tədris  ilində  4-cü  Muğam müsabiqəsində iştirak  edən  Şükürov  Mirpaşa isə “Gran Pri” mükafatına layiq görülüb  və Prezident təqaüdçüsü  olub. Həmin il Xalq çalğı alətləri üzrə  3-cü  Respublika  müsabiqəsində Şükürov  Kamal 1-ci ye r və  1-ci dərəcəli  diplom , Əliyev Rəşad 3-cü yer  və 3-cü  dərəcəli  diplom  almışlar.2014-2015-ci ildə Bül-Bül adına 2-ci  Respublika  müsabiqəsində  Əliyev Rəşad3-cü yer  və laureat  adı  qazanmışdır. Hüseynzadə Tuqay  isə Ü.Hacıbəyovun 130  illiyinə  həsr  olunmuş “Azərbaycan Milli Lat sistemi gənc musiqiçilərin  repertuarında” 1-ci  Respublika  festivalının diplomat adını qazanıb.

2016-2017-ci tədris  ilində  Azərbaycan  Respublikası  Dövlət  Müstəqilliyi  bərpasının 25-ci il dönümünə  həsr olunmuş  Uşaq, Yeniyetmə və gənclər  arasında  keçirilən  Respublika  müsabiqəsində

Əlizadə Rəşad 1-ci yer, Əlizadə Elgün isə  fəxri  fərmanla  təltif  edilib. Xanəndəlik  üzrə  isə Məmmədov Elnur 1-ci yer  götürmüşdür.

 Bu  nailiyyətlərimizə  baxmayaraq arxayınlaşmırıq, çalışırıq ki  işlərimizi günün  tələbləri  səviyyəsində quraq  və  layiqli  yerimizi  tutaq. 

Ünvan:
Bakı-Quba-Rusiya yolu, Masazır
E-mail:

axundova_leman1990@mail.ru

 

59.4 KB

 

75 KB

 

72.7 KB