Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Ağcabədi rayon Xocavənd kənd uşaq musiqi məktəbi

Xocavənd kənd  uşaq  musiqi məktəbi 1985 ci ıldə şəhər incəsənət məktəbinin axşam filalı olmuşdur. 1992 ci ildən Mədəniyyət və Turizm Nazirliyinin 21 avqust 1992 ci il 222 K № li əmrinə əsasən müstəqil  məktəb olmuşdur. Məktəbin binası haqqında məlumat:1981ci ildə kolxoz hesabına tikilmiş 2 mərtəbəli uşaq baxcasının fəaliyyəti dayandığı ücün 1999 cu ildə Azərbaycan Respublikasının  Prezdentinin 09 noyabr 1999 cu il tarixli 203  saylı fərmanı və  Azərbaycan Respublikası kənt təsərufatı Nazirliyinin 27 yanvar 2000-ci il  tarixli  01/18-0710 saylı məktubuna əsasən aqrar islahatları bölgüsü zamanı uşaq baxcasının  binası 20.iyul 2001-ci ildə musiqi məktəbinə verilmiş və Ağcabədi Regional Mədəniyyət və  Turizm idarəsnin balansına  kecirilmişdir. Hal hazırda binanın cox hisəsində məcburi kocgünlər yaşayır.Musiqi məktəbi yaxında yerləşən orta məktəbin binasından 2 ci növbə istifadə edir. Xocavənd kənd  uşaq  musiqi məktəbində  5 şöbə fəaliyyət gösdərir , Fortepiano , Tar, Qarmon , Nağara ,Xanəndəlik,

məktəbdə sinif otaqlarının sayı 30,  digər yardımcı otaqlarının sayı 3 ,  məktəbin həyətyani sahəsi 1,5 hek. binanın ümumi sahəsi: 684 kv.m. 1 zal 150 kv.m. 90 yerlik. Məktəb respublikada kecirilən müsabiqə və festivalarda işdirak edir.2016 cı ilin iyun ayında fortepiano müşayət üzrə 1şagirt ,1 müəllim fəxri fərmanla təltif olunmuş, 2016 cı ilin dekabr ayında xalq calğı alətləri üzrə iki  şagirt fəxri fərmanla təltif olunmuşdur . Məktəbin bir necə müəllimi rayon tədbirlərində yaxından işdirak edir. Məktəbdə hal-hazırda 46 müəllim 6 texniki işci işləyir.

 

Xocavənd kənd  uşaq  musiqi məktəbinin direktoru Ağayev İbadət Qurban oğlu

Ünvan:
Yoxdur
Telefon:

0212772335

Fax:

Yoxdur

E-mail:

Agayev.u0130badet @ mail.ru

Url:
Yoxdur

 

206.5 KB

 

195.8 KB