Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağdam rayon kitabxanasının əsası 1907-ci ildə görkəmlı yazıçımız Ə.Haqverdiyev tərəfindən şəxsi adamlardan toplanmış kitablar hesabına təşkil edilmişdir. 1920-ci ilə qədər kitabxana qapalı fəaliyyət göstərmiş, 20-ci ildən sonra kitabxana- qiraətxana xalqın xidmətinə verilmişdir.30-cu illərdən sonra kitabxana rayon mərkəzi kitabxanası kimi fəaliyyətini davam etdirmişdir. 1979-cu ilin dekabr ayında rayon ərazisində yerləşən kitabxanalar mərkəzləşdirilərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərdiyi həmin dövr ərzində rayon zəhmətkeşlərinin mütaliə mədəniyyətinin formalaşdırılmasında, elmi dünyagörüşünün artırılmasında , dövlətin qarşıya qoyduğu qərar və göstərişlərin, elmi- texniki nailiyyətlərin təbliğ edilməsində, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsində mühüm rol oynamışdır. MKS-i fəaliyyət göstərdiyi illər ərzində oxuculara xidmətin operativ və daha dolğun ödənilməsi ,oxucu maraqlarının öyrənılməsi, gənclərın hərbi – vətənpərvərlik tərbiyəsi, əlamətdar və tarixi günlərin təbliğ edilməsi  kütləvi kitabxanaların mərkəzi şəkildə komplektləşdirilməsi, kitabxanalara vahid və planlı şəkildə rəhbərliyin həyata keçirilməsi təmin edilmişdir..

  Ağdam rayonu 80 illik tarixinin bütün mərhələlərində Azərbaycanın iri, çox böyük elmi , iqtisadi potensiala malik olan ,strateji xarakter daşıyan , insanlarının zəhmətsevərliyi , işgüzarlığı və daim hərəkətdə olmaq bacarığı ilə secilən  rayonlarından biri olmuşdur . Əfsuslar ki, Dağlıq Qarabaö haddisələrinin ilk günlərindən Ermənistan Silahlı Qüvvələrinin , onların hərbi və  siyasi havadarlarının gücü ilə rayonun ərazisinin böyük hissəsi -77,4 faizi , Ağdam şəhəri, rayonun 1 qəsəbə və 82 kəndi işğal olunaraq bəşər tarixində oxşarı olmayan bir vəhşiliklərlə darmadağın edilərək yerlə -yeksan olmuşdur .143 min nəfərə yaxın ağdamlı öz doğma ev- eşiyindən didərgin düşmüşdür. Rayonumuzun əhalisi respublikamızın müxtəlif bölgələrində məskunlaşmağa məcbur edildi .

 .  1993-cü il iyulun 23-də Ağdam rayonu Erməni Silahlı Qüvvələri tərəfindən işğala məruz qaldı. Erməni silahlı dəstələri işğala məruz qoyduqları ərazilərimizdə  vandalizm aktı törətmiş , 67 kitabxana  filialı və bu kitabxana filialları özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana Sistemi tamamilə məhv edildi . 1992- ci ilin yekun hesabatina görə həmin dövrdə fondumuzda 690996 nüsxə kitab,160000 qəzet, 120000 jurnal ümumilikdə 970996 nüsxə çap məhsulu oluşdur. Qalan 40 kitabxana filialiarının yerləşdikləri binalar , fondlarında olan kitablar və inventarlar tamamilə yararsız hala düşdü .Həmin dövrdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində 1mərkəzi kitabxana, 2 şəhər kitabxanası, 2uşaq kitabxanası, 1gənclər kitabxanası və101 kənd kitabxana filialı fəaliyyət göstərirdi .Ağdam rayonu işğal edildikdən sonra rayon Mərkəzi kitabxanası MKS-nin tərkibində Bakı şəhərində Yasamal rayonunda BDU-nun yataqxanasinda fəaliyyətini davam etdirir və yataqxanada məskunlaşan məcburi köçkünlərə xidmət göstərirdi .2010-cu ilin noyabr ayından başlayaraq Mərkəzi kitabxana öz fəaliyyətini Ağdam rayonununMəcburi köçkünlər üçün salınmış  Yeni Quzanlı qəsəbəsində Klub icmasının binasında davam etdirir. Mərkəzi kitabxana 250 nəfərlik geniş.tədbir zalı. 5346 nüsxə kitab fondu ,  oxu zalı , və 5 kompüter dəsti vasitəsi ilə 3031 nəfər oxucuya xidmət edir.

      Filialın adı                                            Yerləşdiyi ərazi

 Mərkəzi Kitabxana                                         Yeni Quzanlı qəsəbəsi

1.I Əhmədağalı kənd kitabxanası                  Əhmədağalı kəndi

2.I Quzanlı  kənd kitabxanası                         Quzanlı kəndi

3.I Çəmənli kənd kitabxanası                         Çəmənli kəndi

4.Mirəşelli kənd kitabxanası                           Mirəşəlli kəndi

5.Qaradağlı kənd kitabxanası                         Qaradağlı kəndi

6.Səfərli kənd kitabxanası                              Səfərli kəndi

7.I Xındırıstan kənd kitabxanası                     Xındırıstan kəndi

8.Rzalar kənd kitabxanası                              Rzalar kəndi

9 Ayaqqərvənd kənd kitabxanası                   Ayaqqərvənd kəndi

10.Əfətli kənd kitabxanası                              Əfətli kəndi

11.Hacıturallı kənd kitabxanası                      Hacıturallı kəndi

12.Ergi kənd kitabxanası                                Ergi qəsəbə

13.Həsənxanlı kənd kitabxanası                    Həsənxanlı kəndi

14.Mahrızlı kənd kitabxanası                         Mahrızlı kəndi

15.Böyükbəyli kənd kitabxanası                     Böyükbəyli kəndi

16.II Çəmənli kənd kitabxanası                      Çəmənli kəndi

17.Baharlı kənd kitabxanası                           Baharlı kəndi

18.Küdürlü kənd kitabxanası                          Küdürlü kəndi

19.Üçoğlan kənd kitabxanası                         Üçoğlan kəndi

20.I Sarıcalı kənd kitabxanası                        Sarıcalı kəndi

21.Orta Qərvənd kənd kitabxanası                Ayaq Qərvənd qəsəbə

22.II Əhmədağalı kənd kitabxanası               Əhmədağalı kəndi

23.Şükürağalı kənd kitabxanası                     Şükürağalı kəndi

24.Çullu kənd kitabxanası                              Çullu kəndi

25.II Xındırıstan kənd kitabxanası                  Mingəçevir şəhəri

26.Çıraxlı kənd kitabxanası                            Çıraxlı kəndi

27.Eyvazlı kənd kitabxanası                           Bənövşələr qəsəbə

28.Yüzbaşlı kənd kitabxanası                        Yüzabaşlı kəndi

29.II Quzanlı kənd kitabxanası                       Quzanlı kəndi

30.Zəngişalı kənd kitabxanası                        Zəngişalı kəndi

31.Ballar kənd kitabxanası                             Ballar kəndi

32.Atçılıq zavodu kitabxanası                         Lənbərən kəndi

33.Gülablı kənd kitabxanası                           Mingəçevir şəhəri

34.Kürdlər kənd kitabxanası                           Dördyol 1 qəsəbə

35.Mərzili kənd kitabxanası                            Dördyol 2 qəsəbə

36.Şəhər kitabxanası                                     Quzanlı qəsəbə

37.Əlimədətli kənd kitabxanası                      Bəhövşələrı qəsəbə

38.Yusifcanlı kənd kitabxanası                       Baharlı qəsəbə

39.Əliağalı kənd kitabxanası                          Təzəkənd qəsəbəsi

40.Şıxlar kənd kitabxanası                             Ayaqqərvənd kəndi

41  Salahlı kənd  kitabxanası                         İmamqulubəyli -1 qəsəb.

42.Qalayçılar kənd kitabxanası                      Bərdə r-n Köçkün qəsıbə

43 Baş Qərvənd kənd kitabxanası                 Qasımbəyli qəsəbəsi

44.Xaçın Dərbənd  kənd kitabxanası              Xındırıstan qəsəbəsi

45.Nəmirli kənd kitabxanası                          İmamqulubəyli-2 qəsəbə 

    46 .Gənclər kitabxanası                            Bakı şəhəri Müşfiq qəsəbə

    47.Cəvahirli kənd kitabxanası                  İmamqulubəyli kəndi

    48.Şurabad  kənd kitabxanası                  Hacıməmmədli kəndi

    49.Əhmədavar kənd lkitabxanası            Evoğlu kəndi

    50.Şıxbabalı kənd kitabxanası               Mingəçevir şəhəri Köçkün q

 

Ünvan:
Ağdam rayon yeni Quzanlı qəsəbəsi
Telefon:

0263251019

E-mail:

mks.1979

Url:
http://www.agdam.cls.az/

 

418.7 KB

 

301.6 KB

 

276.3 KB