Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Laçın şəhər 1 saylı Uşaq Musiqi Məktəbi

Məktəb 1966-cı ildə təşkil olunmuşdur və hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Şərifzadə küçəsi 1 b ünvanında fəaliyyət göstərir. Məktəb 19 sinif otağından ibarətdir, təmir edilmişdir və lazım olan inventar və avadanlıqlarla, musiqi alətləri ilə təchiz

edilmişdir.Məktəbdə 192 şagird 6 ixtisas- tar, nağara, qarmon, fortepiano, xanəndə, və kamança ixtisasları üzrə musiqi təhsili alır və onlara 57 ixtisaslı müəllim musiqi təhsili öyrədir.  

    Məktəbin şagirdlərdən ibarət   xalq çalğı alətləri ansamblı, müəllimlərdən  ibarət xalq çalğı alətləri ansanblı və xor kollektivi vardır. Bu kollektivlər rayon və respublika miqiyasında keçirilən mədəni- kütləvi tədbirlərdə uğurla çıxış etmişlər.

      Məktəbin şagirdləri hər il Respublika və beynəlxalq səviyyəli festivallarda uğurla çıxış edirlər

     2011-ci ildə keçirilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin

     bərpasının iyirminci ildönümünə həsr olunmuş “Milli musiqi alətləri ifaçılarının

     respublika festivalı”nda çıxışına görə məktəbimizin tar ixtisası üzrə IV sinif şagirdi

     Məhərrəmov Nizam Ümüd oğlu Tərifnamə ilə təltif edilmişdir.

     04.03.2012 ci ildə keçirilən Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xanəndəlik  ixtisası üzrə Xan Şuşinski adına resbubilka muğam festifalında məktəbimizin şagirdləri Abasbəyli Taleh Mahir oğlu diplomla, Sadıqlı  Nərmin Ziyad  qızı isə Fəxri Fərmanla təltif edilmişlər.

 Məktəbimizin 32 nəfərdən ibarət xor kollektivi 21.04.2012 ci il tarixdə keçirilən    xor kolektivlərinin III Respubilka baxışında uğurla çıxış etmişlər   Məkətəbin direktoru Gülsüm Məhərrəmovanın təşkilatçlığı ilə 28 Aprel 2015 ci-ildə

  Azərbaycan  xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının      

  92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan        

  mədəniyyəti” mövzusunda elmi-bədii konfrans keçirilmişdir.  

   Konfrans çərçivəsində Ulu Öndərə həsr olunmuş musiqi lövhələrindən nümunələr

           Laçın Şəhər 1nömrəli uşaq musiqi məktəbinin şagirdləri tərəfindən nümayiş   etdirilmişdir.

           8 noyabr 2017-ci il tarixində Ağcabədi Regional Mədəniyyət və Turizm Nazirliyinin   tabeliyində olan musiqi məktəbləri 9 noyabr- Azərbaycan Respublikası Bayrağ günü, 12 noybar- Azərbaycan Respublikası konstitutsiya günü münasibətilə Bayram konserti keçrmişdilər. bu  tədbirndə təşkilatçısı Laçın şəhər 1 nömrəli musiqi məktəbinin direktoru Gülsüm Məhərrəmova      olmuşdur. Məktəbin Müəllimlərdən ibarət ansmblı tədbirin müşayətçisi olmuşdur. 

Ünvan:
Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 1 B
Telefon:

(012) 409-46-99

E-mail:

lachinumm@gmail.com

 

108.4 KB

 

90.9 KB

 

70.4 KB