Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

 

 

Laçın rayon MKS-1948-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin sərəncamı ilə yaradılmış və 1976-cı ildən MKS kimi təşkil olunmaqla fəaliyyət göstərir.

MKS  Laçın rayon işğal olunmazdan əvvəl Laçın şəhərinin mərkəzində xüsusi ayrılmış binada geniş və işıqlı 14 otaqda, 450 kv.m sahədə yerləşirdi.

İşğaldan əvvəl MKS-nin 14 şöbəsi, 1 uşaq kitabxanası, 2 şəhər kitabxanası, 1 mərkəzi kitabxanası və 115 kənd filiallarını özündə birləşdirirdi.

Həmin dövrlərdə  MKS-nin və onun kənd filiallarının kitab fondunda 843 min nüsxə kitab, 160 min qəzet və 120 min müxtəlif jurnal,çap məhsulları var idi.

MKS-nin işğaldan əvvəl(1991-ci il)bütün filialları Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin balansında olan binalarda münasib inventar və qurğularla tam təmin edilmişdir. 

MKS-nin kənd filiallarının 84-ü son dövrlərdə yeni tikilmiş xüsusi binalarda fəaliyyət göstərirdi ki,onlardan 15-nin geniş oxu zalları var idi.1991-ci ilin hesabatına əsasən MKS-nin həmin ildə 21minə yaxın oxucusu və kitab verilişi 225,6   min nüsxə olmuşdur.

  1992-ci il may ayında Laçın rayonu işğal olunduqdan sonra Laçın rayon MKS və onun kənd filialların bütün əmlakı işğal zonasında qaldığından,bu günki qiymətlərlə174 milyon manatla dəyərləndirilən əmlakla ziyan dəymişdir.

 1992-ci ilim may ayından etibarən Laçın rayon MKS və onun kənd filialları öz fəaliyyətlərinin respublikamızın 16 inzibati rayonunda fəaliyyətlərini müvəqəti olarq bərpa etmişdir

Hal-hazırda Laçın rayon MKS Ağcabədi rayonunda Laçın rayonuna məxsus Taxta Körpü qəsəbəsində onun üçün ayrılmış geniş və tam təmir edilmiş 8 otaqdan ibarət binada fəaliyyət göstərir.

Hal hazırda MKS-nin 6 şöbəsi, 1 uşaq kitabxanası, 2 şəhər kitabxana filialını, 1 mərkəzi kitabxanası və 73 kənd filiallarını özündə birləşdirir.

Hal hazırda  Laçın rayon MKS-nin kitab fondunda 247429 nüsxə kitab vardır.

Ünvan:
Ağcabədi şəhər Taxta-Körpü qəsəbəsi, Heydər Əliyev prospekti
E-mail:

lachin.mks92@mail.ru

Url:
https://web.facebook.com/profile.php?id=100011181730660&fref=ts

 

479.8 KB