Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Laçın rayon Mədəniyyət Mərkəzi

Laçın rayom Mədəniyyət Evi 1930-cu ildən fəaliyyət göstərir və Laçın rayonunun  işğalından əvvəl Laçın şəhərinin mərkəzində xüsusi dövlət sifarişi əsasında inşa edilmiş, ən müasir texniki qurğularla, səhnə avadanlıqları ilə və keyfiyyətli inventarlarla, səsgücləndirici qurğularla təhciz edilmiş və ərazisi 3700 kv metr olan mədəniyyət sarayında fəaliyyət göstərirdi. 1982-ci ildən isə SSR-nin Mədəniyyət Nazirliyinin əmri əsasında Laçın rayonunun Mədəniyyət Evinin nəzdində “Xalq Teatrı” yaranmış və hal-hazırda kiçik səhnə əsərlərini tamaşaya qoymaqla rayon sakinlərinə xidmət göstərir. Laçın rayonunun işğalı nəticəsində rayon Mədəniyyət Evinin bütün əmlakı işğal zonasında qalmışdır və bugünki qiymətlərlə mədəniyyət sarayı və sarayın içində olan inventarların məbləği 8.5 milyon manat dəyərində hesablanmışdır. Laçın rayonunun işğalından sonra (18 may 1992-ci il) Laçın rayon Mədəniyyət Evi Ağcabədi şəhərində yerləşən Taxta-Körpü qəsəbəsində 250  nəfər tamaşaçı yeri olan yeni inşa edilmiş xüsusi sarayda fəaliyyət göstərir.

     29 may 2015-ci il tarixdən Laçın rayon Mədəniyyət Evi Laçın rayon Mədəniyyət Mərkəzi adı ilə fəaliyyət göstərir və 13 nəfərdən ibarət kollektivinin normal işləməsi üçün Mərkəzin yerləşdiyi saray müasir avadanlıqlarla və inventarlarla tam təhciz edilmişdir. Hal-hazırda rayon miqyaslı keçirilən mədəni-kütləvi tədbirlər, yubileylər, yaradıcılıq gecələri, tamaşalar və s. Laçın rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin bilavasitə təşkilatçılığı və iştirakı ilə həyata keçirilir.

Qeyd: Laçın rayon Mədəniyyət Mərkəzi 05 yanvar 2017-ci il tarixdən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərir. Laçın rayon Mədəniyyət Mərkəzinin tabeliyində 23 kənd Mədəniyyət evi, 3 şəhər klubu və 25 kənd klubu fəaliyyət göstərir.

Ünvan:
Ağcabədi şəhər Taxta-Körpü qəsəbəsi, Heydər Əliyev prospekti.
E-mail:

lacin-mm@mail.ru

Url:
https://web.facebook.com/La%C3%A7%C4%B1n-rayon-M%C9%99d%C9%99niyy%C9%99t-M%C9%99rk%C9%99zi-140407579857927/?fref=ts

 

357.7 KB