Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdam Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil edildi

03.07.2021

01.07.2021 ci il tarixdə Ağdam rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbin 5-ci sinif şagirdlərinin muzeyə ekskursiyası təşkil olundu. Muzeydə məktəblilərə Ağdam rayonunun qədim tarixini, zəngin keçmişini və mədəniyyətini özündə əks etdirən eksponatlar haqqında geniş məlumat verildi.
 Qarabağ müharibəsində Vətən yolunda canından keçən şəhidlərimiz haqqında məlumat şagirdlərin diqqətinə çatdırıldı. Mənfur erməni vandallarının dinc əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş raket mərmilərinin parçaları məktəblilər tərəfindən maraqla qarşılandı.

Məktəblilər muzeyin rəy kitabına öz rəylərin qeyd etdilər və xatirə şəkli çəkdirdilər.

 

78.5 KB

 

108 KB

 

83.5 KB