Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Laçın Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuruyeva Türkanə Atəş qızı qazi Hacızadə Rüfət Nüsrət oğlu ilə görüş keçirmişdir

15.02.2021

Laçın Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuruyeva Türkanə Atəş qızı Vətən müharibəsində şücaət göstərən qəhrəmanımız qazi Hacızadə Rüfət Nüsrət oğlunun evində görüş keçirmişdir. Rüfət Şuşaya girən ilk tank komandiri olub. Qazimiz 44 günlük Vətən müharibəsində 3 dəfə yaralanıb.Torpaqlarımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən Rüfət Hacızadə keçdiyi döyüş yolu haqqında fəxrlə danışdı. Qazimiz Füzuli,Xocavənd,Şuşa Cəbrayıl rayonlarının erməni işğalçılarından təmizlənməsində igidliklə döyüşmüşdür

 

782.7 KB

 

1 MB

 

83.7 KB