12.02.2021
Ağcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi 44 günlük Vətən Müharibəsinin iştirakçısı Nuruyev Xaləddin Yaşar oğlu və onun ailəsi ilə görüş keçirdi. Görüşdə sentyabrın 27si başlanan və 44 gün davam edən Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun igid oğullarının qəhrəmanlıqlarından söhbət açılmışdır.Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilmişdir. Xaləddin döyüşlərdə qazanılan böyük uğura görə Cənab Ali Baş Komandanımız İlham Əliyevə, Azərbaycan əsgərinin arxasında dayanan Azərbaycan xalqına təşəkkürlərini bildirdi.Xatırladaqki qəhrəmanımız Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 5 medal ilə- Füzuli,Cəbrayıl,Zəngilan,Qubadlı,Laçın uğrunda medalları ilə təltif olunub