Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsi 18 sentyabr “Milli musiqi günü” münasibəti ilə tədbir keçirdi

18.09.2020

Mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi, 18 sentyabr “Milli musiqi günü” münasibəti ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin iştirakı ilə dahi şəxsin adını daşıyan Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində Ü.Hacıbəylinin büstünün qarşısına “Uvertüra” səsləndirlərək gül dəstələri qoyulmuş və xatirə şəkili çəkilmişdir. Bundan sonra “Milli musiqi günü” ilə əlaqədar anım tədbiri Üzeyir Hacıbəylinin adını daşıyan Ağcabədi şəhər Uşaq İncəsənt məktəbində sosial izolyasiya qaydaları gözlənilməklə tədbir keçirilmiş, tədbirdə giriş sözüylə Regional İdarənin rəisi Rza Quluyev çıxış edərək dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin keçdiyi şərəfli ömür yolundan, həyat və yaradıcılığından bəhs etmişdir. Tədbirin sonunda Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənt məktəbinin xoreoqrafiya şöbəsinin şagirdlərinin iştirakıyla dahi bəstəkarın ölməz sənət əsəri olan “Arşın Mal Alan” dan səhnələr nümayiş olunmuşdur. Tədbirin davamı olaraq 18 sentyabr 2020-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsində regionu əhatə edən bütün mədəniyyət müəssisə rəhbərlərinin iştirakı ilə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist Üzeyir Hacıbəylinin doğum günü “Milli musiqi günü” münasibətiylə geniş videokonfrans keçirilmişdir. Videokonfransı giriş sözüylə idarənin rəisi Rza Quluyev açaraq dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publicist Üzeyir Hacıbəylinin doğum günü “Milli musiqi günü” münasibətiylə bütün mədəniyyət müəssisə rəhbərlərini təbrik etmiş, dahi şəxsiyyətin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Videokonfransın gedişində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi şəhər uşaq musiqi məktəbinin, Ağdam rayon Güllücə kənd uşaq musiqi məktəbinin, Cabbar Qaryağdıoğlu adına Ağdam şəhər 1 nömrəli uşaq musiqi məktəbinin, Ağdam rayon Xan Şuşuniski adına Uşaq muğam musiqi məktəbinin, Əli Quliyev adına Laçın şəhər 1 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin doğum günü “Milli musiqi günü”nə həsr olunmuş, dahi bəstəkarın əsərlərindən seçilərək hazırlanmış müxtəlif musiqi parçaları ifa olunmuşdur

 

167.9 KB

 

161.1 KB

 

159.2 KB