Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin könüllüləri arasında müsabiqə keçirilib

29.07.2020

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərin fəaliyyəti ilə əlaqədar olaraq tədbirlər davam etdirilir. Tədbirlərin davamı olaraq 29 iyul 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin könüllüləri arasında  müsabiqə keçirilib.

      Öncə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxış edərək Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərin fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlər haqqında ətraflı məlumat verdi.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti və Ağcabədi rayon Heydər Əliyev Mərkəzi haqqında ümumi suallar könüllülər tərəfindən fərdi şəkildə cavablandırıldı. Cavablar əsasında Mərkəzin bələdçi vəzifəsi üzrə könüllüsü Quliyeva Günel Pərviz qızı qalib seçildi.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində könüllülərlə bağlı silsilə tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

 

124.1 KB

 

127.7 KB

 

107.9 KB