Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülər təcrübə toplamağa davam edirlər

22.07.2020

21 iyul 2020-ci il tarixdə Ağcabədi  rayon Heydər Əliyev Mərkəzində könüllü fəaliyyət göstərənlərin ekspozisiya üzərində hazırlığının növbəti mərhələsi keçirilibdir. Qeyd edək ki,həftə ərzində mərkəz əməkdaşları tərəfindən  dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinin  müxtəlif dövrləri  haqqında  məlumatlar könüllülərə təqdim edilmiş, bələdçilik işi əyani şəkildə izah edilmişdir.Göstərilən tarixdə isə könüllülərin ekspozisiya əsasında hazırlığı mərkəzin direktoru tərəfindən yoxlanılaraq lazımi tövsiyyələr verilmişdir. Qeyd edək ki, könüllülər  Ümummilli liderin uşaqlıq və gənclik illəri, Azərbaycana rəhbərlik etdiyi birinci dövr, SSRİ Nazirlər soveti sədrinin I müavini olduğu dövr və Naxçıvan dövrü haqqında eksponatların nümayiş edirilidiyi lövhələr əsasında danışıblar. Növbəti hazırlıq dahi liderin Prezidentlik fəaliyyətini  əks etdirən eksponatlar əsasında davam etdiriləcəkdir.

 

67.3 KB

 

64.9 KB

 

60.1 KB