Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

22 iyul 2020-ci il tarixdə Ağdam rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsində videokonfrans keçirilmişdir.

22.07.2020

22 iyul 2020-ci il tarixdə Ağdam rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsində növbəti videokonfrans keçirilmişdir. İclasda regionu əhatə edən bütün müəssisə rəhbərləri iştirak etmişdir. İlk öncə torpaqlarımız uğrunda canından keçən şəhədlərin ruhu bir dəqiqəlik sükütla yad edilmişdir. Regional İdarənin rəisi Rza Quluyev tarixi Azərbaycan torpaqları, Qarabağ, eləcə də Ağdam rayonu haqqında iclas iştirakçılarına ətraflı məlumat verdi. Videokonfransda bütün müəssisə rəhbərlərinə söz verildi. Onların işğal olunmuş doğma torpaqları haqqında  hiss etdikləri acı, duyğulu ifadələri dinlənildi. Hər biri  ürək sözlərini acı hiss ilə ifadə edərək gələcək üçün doğma torpaqları haqqıda arzularını dilə gətirdilər.

 Sonda İdarənin rəisi Rza Quluyev Tovuz istiqamətində gedən döyüşlərdən danışdı, artıq güclü ordumuzun olduğunu və tezliklə müqəddəs torpaqlarımızın azad olunacağına əminliyini bildirdi

 

78.9 KB