Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdam rayonunun işğalının 27-ci il dönümü ilə əlaqədar Ağdam rayon Mədəniyyət işçiləri online tədbir keçirdib.

20.07.2020

20.07.2020-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin Təşkilatçılığı ilə, Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonunun işğalının 27-ci ildönümü münasibətilə, onlayn anım tədbiri keçirildi.Tədbirdə Ağdam rayon Dövlət Rəsm Qalereyası,Zəngişalı kənd Mədəniyyət evi, Qaradağlı kənd Mədəniyyət evi, Əliağalı kənd Mədəniyyət evi,Üçoğlan kənd Mədəniyyət evi,Rzalar kənd klubu,Yusifcanlı kənd Mədəniyyət evi və Əlimədədli kənd klubu iştirak etdilər.Onlayn tədbiri giriş sözü ilə açan Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov çıxış edərək, Ağdam rayonu haqqında tədbir iştirakçılarına məlumat verdi.Daha sonra çıxış üçün söz, Zəngişalı kənd Mədəniyyət evinin müdiri Fikrət Əliyevə verildi. O da, öz növbəsində, Ağdamsız günlərimiz haqqında öz fikirlərini tədbir iştirakçılarına bildirdi.

 

47.6 KB