Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

10 iyun 2020-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin növbəti videokonfransı keçirilmişdir

10.06.2020

10 iyun 2020-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin növbəti videokonfransı keçirilmişdir. Konfransda Regional İdarənin rəisi, Aparat işçiləri və müəssisə rəhbərləri iştirak etmişdir.  İclasda bütün müəssisə rəhbərlərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi şəkildə riayət etmələri tapşırılmış, işlərini mövcud şəraitə uyğun qurmaqlarının vacibliyi vurğulanmışdır. Regional İdarənin rəisi Rza Quluyev bütün müəssisələrə "Milli Qurtuluş Günü" münasibətilə online tədbirlərin keçirilməsini və sosial şəbəkələrdə yerləşdirilməsini tapşırdı. Yekunda müəssisələrin fəaliyyətinin qısa təhlili aparılmış, tövsiyələr verilmiş, bəzi müəssisə rəhbərlərinin hesabatı dinlənilmişdir.

 

89.5 KB

 

104.7 KB

 

86 KB