Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində şura iclası keçirilib

02.06.2020

01 iyun 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində koronavirus (COVİD – 19) infeksiyası ilə əlaqədar olaraq ölkəmizdə tətbiq olunan xüsusi karantin dövründə mərkəzdə həyata keçirilən virtual tədbirlər və qarşıda duran vəzifələrə dair şura iclası keçirilib.Karantin rejiminin tələbləri yerinə yetirilməklə həyata keçirilən iclasdaHeydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxış edərək bildirib ki, pandemiya dövründə Heydər Əliyev Mərkəzi öz fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün tədbirlər planı əsasında təşkili nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınsa da mərkəzdə virtual tədbirlər, video-çarxlar, videokonfranslar, onlayn dərs və müsabiqələr  keçirilmişdir.

Daha sonra Mərkəzin tətqiqat qrupunun və fond satınalma komisiyyasının fəaliyyəti, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü, 15 iyun – Milli Qurtuluş günü və digər tarixi və əlamətdar günlərlə əlaqədar olaraq həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Xüsusi karantin dövründə icrası mümkün olmayan digər işlərin isə növbəti aylarda həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.

 

46.4 KB

 

45.7 KB

 

42.3 KB