Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

19 may 2020-ci il tarixdə Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində növbəti dəfə dərmanlama işləri aparıldı

19.05.2020

Ağcabədi rayonunun mədəniyyət müəssisələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir. Tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Mədəniyyət Nazirliyinin müvafiq əmrinin tələblərinə əsasən həyata keçirilir. 19 may 2020-ci il tarixdə Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyi növbəti dəfə "Koronavirus" əleyhinə Ağcabədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya olundu. Muzeyin ekspozisiya zalı, fond və inzibati otaqlarında dezinfeksiya olundu və dərmanlama işləri aparıldı.

 

1.3 MB

 

1.5 MB

 

2 MB