Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Unudulmaz Lider” mövzusunda keçirilən virtual bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

14.05.2020

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə UluÖndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar 08 – 10 may 2020-ci il tarixlərdə “Unudulmaz Lider” mövzusunda virtual bədii qiraət  müsabiqəsi keçirilmişdir.13  may 2020-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində virtual müsabiqənin qaliblərinin mükafatlandırma tədbiri keçirilmişdir.Öncə Ulu Öndər Heydər Əliyevdən bəhs edən və mərkəz əməkdaşları tərəfindən hazırlanmış sənədli film nümayiş olunmuşdur.Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə əlaqədar olaraq Mərkəzdə keçirilən virtual tədirlər haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Mərkəz əməkdaşları tərəfindən Dahi Lider Heydər Əliyevin zəngin  həyat və faəliyyətindən bəhs edən müxtəlif mövzulu video-çarxlar hazırlanmış, onlayn semininarlar keçirilmiş, virtual ekskursiyalar və sərgilər təşkil edilmişdir. Virtual bədii qiraət müsabiqəsi isə göndərilən videolar əsasında keçirilmişdir.Daha sonra Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zaur Turabov çıxış edərək qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə keçirilən virtual bədii qiraət müsabiqəsində 6-29 yaş arası 24 nəfər  iştirak etmişdir. Sonda münsiflər heyəti tərəfindən dəyərləndirilmiş qaliblər - Quliyev Elgün Ramiz oğlu I yer,  Məmmədov Heydər Vüsal oğluII yer,  Məmmədli Vahid Vüsal oğlu III yer  olmaqla diplomlara mükafatlandırılımışdırlar.

 

134.4 KB

 

120 KB

 

156 KB