Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı gördüyü tədbirlər

17.03.2020

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə mövcud şəraitdə Azərbaycan Respublikası Baş Nazirinin 16 mart 2020-ci il tarixli 1/384 nömrəli məktubunu rəhbər tutaraq mədəniyyət müəssisələrinin fəaliyyətinin tam həcmdə səmərəli təşkili məqsədilə Regional İdarənin tabeliyində fəaliyyət göstərən hər üç rayon üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, Mədəniyyət Mərkəzləri, Heydər Əliyev Mərkəzləri və muzeylərində gün ərzində əlavə giriş qapıları bağlanıb və binaların əsas giriş qarşısında bir nəfər işçidən ibarət növbətçi təyin edilib və onlar lazımi tibbi avadanlıqlar, maskalar və digər vasitələrlə təmin edilib.Regional İdarənin tabeliyində fəaliyyət göstərən bütün Muzey, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Mədəniyyət Mərkəzlərində vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb, vətəndaşların mürəaciətlərinin yalnız elektron və telefon vasitəsi ilə qəbul edilməsi məqsədilə hər bir mədəniyyət obyektində məhsul şəxslər müəyyənləşdirilib.

 

65 KB

 

57.7 KB

 

70.9 KB