Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı soyqırımı ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs üzvlərinin iştirakı ilə tədbir keçirilib

25.02.2020

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq 24 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə öncə faciəni özündə əks etdirən tarixi fotolar, sənədlər, kitab və jurnallardan və Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərlərindən ibarət "Şəhid Şəhər" adlı sərgi nümayiş olundu. Öncə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti MusaXocalı soyqırımı ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində keçirilən silsilə tədbirlər, həmçinin ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri etnik təmizləməvə işğal siyasəti barədə ətraflı məlumat verib. Xocalı soyqırımının bütün dünyaya çatdırılmasında gənclərin rolundan bəhs edən Məhsəti Musafaciə ilə əlaqədar keçirilən tədbirlərin, faciəni özünə əks etdirən bədii və sənədli film nümayişlərinin Xocalı soyqrımı ilə bağlı həqiqətlərin gənclərimizə çatdırılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.    Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindik, şəhid ailəsi, C.İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəbin müəllimi Nüşabə İbrahimova çıxış edərək bildirmişlər ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırımı erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb.

Çıxışlar zamanı o da vurğulanmışdır ki, bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu təbliğat aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.Çıxışlarda həmçinin, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.Daha sonra “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında Xocalı soyqırımından bəhs edən “Şəhid Şəhər” adlı ədəbi-bədii şeir kompozisiya nümayiş etdirildi. Qeyd edək ki, “Şəhid Şəhər” adlı ədəbi-bədii şeir kompozisiyasının 26 fevral 2020-ci il tarixdə Ağcabədi rayonu Şəhidlər xiyabanı-abidə kompleksində keçiriləcək ümumrayon tədbirində də nümayişi nəzərdə tutulur.

 

1.6 MB

 

2.3 MB

 

1.7 MB