Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayonunda “2 Fevral – Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir

03.02.2020

01 Fevral, 2020-ci il tarixdə Ağcabədi rayonunda “2 Fevral – Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon rəhbərliyi, rayon aktivləri, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi və İdarənin gənclərdən ibarət bir qrup kollektivi, rayonun ictimai həyatında fəal olan gənclər və “N” saylı hərbi hissədə tədbirə dəvət olunmuş bir qrup zabit və əsgərlər iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Ulku Öndər Heydər Əliyevin abidəsi üzərinə tər çiçəklər düzərək dahi rəhbərin əziz xatirəsini yad etmişlər. Daha sonra tədbir “Qızıl Saray” şadlıq evində davam etmişdir. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbirdə çıxış edənlər Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov, Agcabədi Gənclər və İdam İdarəsinin rəisi Rüfət Quliyev, Azərbaycan Pedaqoji Universitetinin tələbəsi Eltac Fərzəliyev və Yeni Abituriyent Tədris Mərkəzinin əməkdaşı İlahə Abbasova “2 Fevral – Gənclər Günü” münasibətilə tədbir iştirakçılarını, habelə onların timsalında bütün gəncləri təbrik etmiş, gənclərə öz işlərində uğurlar arzu etmişlər. Daha sonra rayon ictimai-siyasi həyatında fəal olan 14 nəfər gəncə Fəxri Fərmanlar və digər qiyətli hədiyyələr verilmişdir. Ağcabədi Refional Mədiyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin musiqili kollktivi tədbir iştirakçıları qarşısında geniş, məzmunlu, əsl-bayram abu-havalı konsert proqramı ilə çıxışlar etmişlər. Gəncliyi, gözəlliyi tərənnüm edən mahnılar, şən nəğmələr, nümayiş olunan rəngarəng rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. 2 saata yaxın davam edən tədbirdə 400 nəfər iştirak etmişdir.

 

309.9 KB

 

215 KB

 

309.6 KB