Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Laçın rayon 1 saylı uşaq musiqi məktəbi ”20 Yanvar” faciəsinin 30 illiyi münasibəti ilə anım tədbiri keçirdib.

21.01.2020

18 yanvar 2020-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Əli Quliyev adına Laçın şəhər 1 №li Uşaq Musiqi Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə məktəbin direktoru Gülsüm  Məhərrəmova tədbiri açıq elan etdi. Sonra direktor Gülsüm  Məhərrəmova çıxış edərək bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Bildirib ki, həmin gecə Azərbaycan xalqı sınağa çəkilib, oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucalıblar. Məktəb kollektivi Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı şeirlər və ifalar səsləndirilib. Tədbirin aparıcılığı müəllimə Türkanə Məmmədovaya həvalə edilmişdir. Məktəbin fortepiano ixtisası üzrə 1-ci sinif şagirdi Nağızadə Nəzrin “Qərənfil” şerini söylədi. Müəllimlər, tarda Edlixan Nəbiyev və fortepianoda Renat Nəbiyevin ifasında V.Adıgözəlovun “Qərənfil” mahnısı səsləndi. Tar ixtisası üzrə 2-ci sinif şagirdi Piriyev Kənan “Bayatı – Şiraz” muğamını səsləndirdi, tar ixtisası üzrə 2-ci sinif şagirdi İmranlı Sadıq və fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi İmranlı Sənan “Şəhidlərin günahı nədir” şeri ilə çıxış etdilər. Kamança ixtisası üzrə 4-cü sinif şagirdi Qəhrəmanzadə Elcan, tar ixtisası üzrə 3-cü sinif şagirdi Qəhrəmanzadə Məhəmməd Ü.Hacıbəylinin “Döyüşçülər marşı”nı ifa etdilər. Kamança ixtisası üzrə 2-ci sinif şagirdi Məmmədov Elvin, tar ixtisası üzrə 3-cü sinif şafirdi Hacıyev Azər Ü.Hacıbəylinin “Cəngi” əsərini ifa etdilər. Tar ixtisası üzrə 2-ci sinif şagirdi Piriyev Kənan C.Cahangirovun “Qəzəl”ini səsləndirdi, tar ixtisası üzrə 1-ci sinif şagirdləri Abbaslı Məhəmməd və Vəliyev Novruz “Şəhidlər” şerini söylədilər. Tədbirin sonunda məktəbin müəllimlərindən ibarət ansamblın müşayiəti və xanəndə sinfinin müəllimi Vüsal Əhmədovun ifasında “Talandı torpağımız” mahnısı səsləndi.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

39.6 KB

 

40.9 KB

 

38.5 KB