Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayonunda “20 Yanvar – Milli Hüzn Günü”nün 30-cu ildönümü münasibətilə Ağcabədi Şəhidlər Xiyabanında ümumrayon Anım tədbiri keçirilmişdir

21.01.2020

20 Yanvar, 2020-ci il tarixdə Ağcabədi rayonunda “20 Yanvar – Milli Hüzn Günü”nün 30-cu ildönümü münasibətilə Ağcabədi Şəhidlər Xiyabanında ümumrayon Anım tədbiri keçirilmişdir. Anım tədbirində Ağcabədi rayon İcra Hakimiyyəti başçısı, rayon aktivləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi rəhbərliyi və Regional idarənin tabeliyində olan bütün mədəniyyət müəssisələri, Ağcabədi rayon sakinləri və mərasimə rayon ərazisində yerləşən hərbi hissələrdən dəvət olunmuş bir qrup əsgər və zabit heyəti iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi ilə başlamışdır. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Tədbirdə çıxış edən Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzinin işçisi Gündüz Nəcəfov edərək 1990-cı ilin Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin, xüsusi təyinatlı dəstələrinin, daxili qoşunlarının iştirakı ilə həyata keçirilmiş təcavüz nəticəsində Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə həmvətimizin bu terrorun qurbanına çevrilməsindən danışmışdır. Həmin gecə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, milli müstəqilliyi üçün işıqlı yol açdılar – deyə o qeyd etmişdir. Daha sonra Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun gənc vətənpərvər üzvlərinin ifasında “Zəfər gecəmiz” adlı ədəbi-bədii şeir kompozisiyası nümayiş olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin məlum saylı sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi  saat 12-00 – da Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilmişdir. Daha sonra Ağcabədi Şəhidlər Xiyabanına axışan Ağcabədi sakinləri və Anım tədbiri iştirakçıları Xiyabanda uyuyan  şəhidlərin məzarını ziyarət etmiş, Vətən fədailərinin əziz, unudulmaz xatirələrini yad etmiş, onların məzarları üzərinə tər çiçəklər düzmüşlər. “20 Yanvar – Ümumxalq Hüzn Günü”nün 30-cu ildönümü münasibətilə keçirilən ümumrayon Anım tədbirinin müəyyən kadrları bir neçə telekanalın xəbərlər bloku vasitəsilə yayımlanmışdır.

 

258.9 KB

 

586.6 KB

 

575.4 KB