Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində “20 Yanvar - Ümumxalq hüzn günününə” həsr olunmuş silsilsilə tədbirlərinə davam edir

13.01.2020

20 yanvar faciəsinin 30- cu ildönümü yüksək səviyyədə qeyd olunması ilə əlaqədar olaraq Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində “20 Yanvar - Ümumxalq hüzn günününə”  həsr olunmuş silsilsilə tədbirlərinə davam edir.13 yanvar 2020-ci il tarixdə Boyat kənd  tam orta  məktəbin müəllim və  şagirdlərinin iştirakı ilə muzeyin akt zalında “20 Yanvar xalqımızın şərəf və tarixi səhifəsidir” adlı mühazirə oxunulmuşdur. Əvvəlcə şagirdlər Ağcabədi Dövlət Rəsm Qalereyasının rəsmlərindən ibarət “20 Yanvar- Unutmadıq, Unutmayacağıq”  adlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra  akt zalında şagirdlərə mühazirə oxunaraq 20 Yanvar 1990-cı il tarixində xalqımızın başına gətirilən müsibətdən danışılıb. Zamanla xalqımıza qarşı olunan fitnəkar əməllərdən, aparılan soyqrım siyasətindən və bu yolda vətən müdafiəsi uğrunda canından keçmiş qəhrəman vətən oğullarından söz açılıb.20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığından danışılıb. Sovet imperiyası ordusunun əliyalın, dinc əhalini vəhişcəsinə qətlə yetirilməsi və bunu məqsədyönlü bir şəkildə hazırlanmış qətliam olmasını diqqətə çatdırıb.Tədbirin davamı olaraq məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Daha sonra şagirdlər “Qanlı Yanvar” aid sənədli filmi izləyiblər. Son olaraq tədbir iştirakçıları da öz fikirlərini paylaşıblar.

 

47 KB

 

55.4 KB

 

48.5 KB