Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir.

13.01.2020

 “20 Yanvar – Ümumxalq Hüzn günü”  ilə əlaqədar olaraq təsdiq olunmuş tədbirlər palnına uyğun olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ağcabədi rayon ümumtəhsil məktəblərində məruzələrlə çıxış edirlər.      İlk olaraq 13yanvar 2020-ci il tarixdə Mərkəzin əməkdaşı Cavid İsmayılov M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbdə “20 Yanvar – Qan yaddaşımız” adlı məruzə ilə çıxış edib. 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verən məruzəçi bildirilmişdir ki, 30 il öncə baş verən və 137 insanın qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, 841 nəfərin  qanunsuz həbs edildiyi  o müdhiş gecə hər birimizin yaddaşına əbədi olaraq həkk olunub.  1990 – cı ilin 20 yanvar günü uzun illər  Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyinibildirən məruzəçi faciənin dünya ictimaiyyətinə doğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında məhz Ulu Öndər Heydər Əliyevin atdığı addımların mühüm rol oynadığını vurğulamışdır. Sonda məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçilmişlər.

      Qeyd edək ki, mərkəz əməkdaşları tərəfindən hər ay mövzusu dəyişən məruzələr keçirilir ki, yanvar ayı ərzində keçirilən məruzələr “20 Yanvar – Ümumxalq Hüzn günü”nə  həsr olunub.

 

36.5 KB

 

34.3 KB

 

30.3 KB