Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

02 Yanvar 2020-ci il tarixdə Şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivi ,,Qış nağılı ” adlı əyləncəli proqramla çıxış etmişlər

07.01.2020

02 Yanvar 2020-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü  və   Yeni il münasibətilə  Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan  Şəhər Uşaq  Musiqi məktəbinin müəllim  və şagird kollektivinin hazırladığı ,,Qış nağılı " adlı əyləncəli  proqramla çıxış etmişlər . Tədbir Ağcabədi şəhəri Yaqub Məmmədov adına mədəniyyət sarayında keçirildi . Şənliyə bir cox məktəblərin  şagird və müəllimləri dəvət olunmuşdur.Rayonumuzda fəaliyyət göstərən Ağcabədi Günərzi Qayğı Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarıda şənliyinə dəvət olunmuşdur. Bir-birindən gözəl musiqilər,rəqslər tədbirə rəng qatırdı.Şaxta baba və Qar qızın gəlişi, sanki balaca qonaqların xəyallarını gerçəkləşdirirdi. Məktəbin şagirdlərinin ifasında səslənən mahnılar , rəqslər qonaqlarımızın zövqünü oxşayırdı . Tədbirin sonunda Şaxta baba və qar qız qonaqları rəqsə dəvət etdi. Şənlik  sona çatmamış  uşaqlara yeni il hədiyyələri paylandı.Möhtəşəm rəqslərlə tədbir  sona çatdı.

 

494.6 KB

 

434.3 KB

 

456.9 KB